Binəqədi rayonunda Binəqədi Rayon icra Hakimiyyəti başçısının 1 nömrəli SiəD üzrə nümayəndəliyi və Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.
Tədbirdə Binəqədi RiH aparatının baş məsləhətçisi Asəf Vəliyev, 1 nömrəli SiəD üzrə nümayəndə Dilbər şükürova, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Binəqədi MKTB-nin rəisi Azər Məmmədov, 8 saylı DSK-nın sədri Natiq əliyev, “Mir” Dövlətlərarası Teleradio şirkətinin Azərbaycan Respublikasındakı Milli nümayəndəliyinin direktoru ilqar Paşazadə və qurumların kollektivləri iştirak ediblər.
8-ci mikrorayon ərazisində gerçəkləşən aksiyada “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi barədə aksiya iştirakçılarına məlumat verilib və aksiya zamanı ümumilikdə 100-dən çox ağac, sarmaşıq və gül kolları əkilib.
Aksiya çay süfrəsi arxasında səmimi söhbətlə yekunlaşıb
Belediyye.info
|
|
|
|