Vergilər Nazirliyinin təşkilatçılığı ilə Binəqədi rayonu ərazisində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Görüşdə Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf partnyorluq Departamentinin Məlumatlandırma və təbliğat şöbəsinin rəhbəri Bəxtiyar Abdurəhmanov, Vergilər Nazirliyi yanında Kiçik Sahibkarlıqla iş Departamentinin baş direktorunun müavini Tahir Salmanov, Departamentin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin direktoru Ağami Tahirov və Binəqədi rayon icra Hakimiyyəti Başçısı Aparatının Sosial -iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya əliyev iştirak ediblər.
Tədbirdə 1 yanvar 2017-ci il tarixdən qüvvəyə minən, Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında sahibkarlara geniş məlumat verilmiş və sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info