Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şura iclasını açaraq, iclasın gündəliyini elan etmiş və giriş nitqi ilə çıxış edib. Elxan Allahverdiyev öz nitqində rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını vermişdir.
Hesabat məruzəsi ətrafında Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon Su-kanal idarəsinin rəisi Elnur əliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin müdir müavini Rafiq isayev çıxış ediblər. Müzakirələrə Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun vurub.
Belediyye.info