"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də xeyriyyə aksiyası keçirilib

--2019-05-24 / 11:12

Binəqədi rayonunda yerləşən HB Güvən Klinikasında Binəqədi Rayon icra Hakimiyyətinin və Binəqədi bələdiyyəsinin birgə təşəbbüsü ilə rayonunun aztəminatlı ailələrinin oğlan uşaqları üçün sünnət xeyriyyə tədbiri həyata keçirilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.

Tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev,Binəqədi Bələdiyyəsinin sədri Salman Umudov və baş məsləhətçi Seymur Hacıyev iştirak edib.

Sünnət olunmuş uşaqların valideyinləri təşkilatçılara öz təşəkkür və məmnunluğunu bildirib.

Belediyye.info

ŞƏRHLƏR