sorğu
Binəqədi rayon icra Hakimiyyətinin və Binəqədi bələdiyyəsinin dəstəyi və “Star Kids Group” şirkətinin təşkilatçılığı ilə Binəqədi rayonunda yerləşən "Azərbaycan Uşaqları" ictimai Birliyi uşaq sığınacağından 30 nəfərlik uşaqlar üçün xeyriyyə tədbiri təşkil edilib. Bu barədə məlumatı Binəqədi bələdiyyəsi yayıb.
Təşkil edilən tədbirdə bütün uşaqlara geyim, ayaqqabı və ərzaq məhsulları hədiyyə edilib. Xeyriyyə tədbirində o cümlədən, Azərbaycanın tanınmış mügənniləri Elnur Məmmədov, Niyam Salami, Nurlan Təhməzli öz ifaları ilə uşaqların əyləncəsinə sevinc qatıblar.
Belediyye.info
|
|
|
|
|
|