"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi də yeni təyinat

--2017-09-19 / 11:15

Belediyye.infonun əldə etdiyi məlumata görə, Binəqədi RiH Başçısı Xaləddin isgəndərovun müvafiq əmriylə Adil Misirov müvəqqəti olaraq Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edilib.

Bundan əvvəl həmin vəzifədə çalışmış Elxan əliyev səhhətiylə əlaqədar öz ərizəsiylə işdən azad edilib.

Daxil olan məlumata görə, bir müddət əvvəl   E.əliyev  açıq ürək əməliyyatı keçirib.

Hazırda bu vəzifəyə təyinat alan A. Misirov isə əvvəl  Qaçqın və məcburi köçkünlərlə iş sektorunun müdiri səlahiyyətlərini icra edib.

Artıq yeni icra nümayəndəsi kollektivə də təqdim edilib. 

Belediyye.info

ŞƏRHLƏR