sorğu
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin ətrafında təmizlik aksiyası keçirilib.
Bu barədə məlumatı Binəqədi RiH yayıb. Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi, YAP Binəqədi rayon təşkilatının, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin ətrafında təmizlik aksiyası keçirilib.
Aksiya zamanı Gənclər Evinin fasadı yuyulub təmizlənib, həyətində abadlıq, təmizlik işləri aparılıb, dekorativ ağaclar əkilib. Aksiyada daha çox gənclər fəallıq göstəriblər.
Belediyye.info