Həmidə əşrəfovanın layihə təşəbbüsü əsasında Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi, Binəqədi bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon gənclərinin iDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya təşkil edilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Ekskursiyada Binəqədi Rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Gənclər və idman idarəsinin baş məsləhətçisi Rüfət əhmədov, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Fəsli Nəbiyev, Xocasən, Biləcəri, M.ə. Rəsulzadə bələdiyyələrindən əməkdaşlar, layihə rəhbəri Həmidə əşrəfova, YAP Binəqədi rayon təşkilatının fəal gəncləri və ASAN könüllüləri iştirak ediblər.
Ekskursiyada ilk öncə konfrans zalında mərkəzin direktoru Surxay şükürov mərkəzin fəaliyyəti, yaranma tarixi, Azərbaycanda sahibsiz heyvanların mövcud vəziyyəti haqqda məlumat verdi. S.şükürov bildirdi ki, mərkəz 5 hektar ərazini əhatə edir. Martın 1-dən etibarən iDEA Heyvanlara Qayğı Mərkəzi (IACC) rəsmi olaraq fəaliyyətə başlayıb. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu, oyun meydançası, yataqxana, konfrans zalı, kafe və dükan mövcuddur.
Məlum olduğu kimi, iDEA Heyvanlara Qayğı Mərkəzinin təməli 2014-cü ilin oktyabr ayında Heydər əliyev Fondunun vitse-prezidenti, iDEA ictimai Birliyinin təsisçisi Leyla əliyeva tərəfindən qoyulub. 10 noyabr tarixində isə Leyla əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olub.
Layihənin həyata keçirilməsində məqsəd heyvanlara qarşı humanist davranışın və məsuliyyətli sahibliyin təşviq edilməsi, cəmiyyətdə heyvanların rifahı haqqında maarifləndirmənin artırılması və Azərbaycanda insanların sahibiz heyvanlara münasibətinin dəyişdirilməsindən ibarətdir. Daha sonra gənclər mərkəzin ərazisi ilə yaxından tanış olmuş və sahibsiz heyvanlara qayğı göstərmişlər. Sonda gənclər icra Hakimiyyətinin adından iDEA Heyvanlara Qayğı Mərkəzinə öz hədiyyələrini təqdim ediblər.
Ekskursiya gənclər tərəfindən böyük maraqla qarşılanıb.
Belediyye.info