Bu gün Binəqədi rayon icra Hakimiyyətinə yeni təyin edilən icra başçısı Elxan Allahverdiyev iş arası Xırdalan qəbirstanlığında dəfn olunan valideynlərinin məzarlarını ziyarət edib.
Belediyye.infoya daxil olan məlumatda daha sonra bildirilir ki, atasının doğum günündə təyin edildiyindən icra başçısı ziyarəti səhəri gün, yəni 7-iyun tarixində “Kapitalbank”ın idarə heyətinin sədri olan qardaşı Rövşən Allahverdiyevlə birgə edib.
Xatırladaq ki, şamil ismayıl oğlu Allahverdiyev ölkənin məşhur geoloq, geologiya-mineralogiya elmləri doktoru olub. şamil Allahverdiyev 1930-cu ildə şərur rayonunun Yengicə kəndində anadan olub. 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) geologiya-coğrafiya fakültəsini, 1959-cu ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunun aspiranturasını bitirib. Həmin institutda elmi, böyük elmi, aparıcı elmi işçi vəzifələrində çalışmış, 1988-ci ildən izotop geologiyası və geoxronologiyası laboratoriyasına rəhbərlik etmişdir. Elmi fəaliyyəti ofiolit kompleksi süxurlarının petrologiyası və mineralogiyası ilə bağlıdır. Ofiolit kompleks süxurlarında Azərbaycan üçün yeni olan 30-dan çox müəyyən və təsvir etmişdir. 100-ə qədər elmi işi, 3 monoqrafiyası (2-si həmmüəlliflə) çap olunmuşdur. BDU-da və Azərbaycan Dövlət Neft Akademiyasında pedoqoji fəaliyyət də göstərmişdir. Geologiya, maqmatizm, filizəmələgəlmə, problemlərinə dair beynəlxalq və respublika konferans və simpoziumlarında məruzələr etmişdir. şamil Allahverdiyev, 1998-ci ilin aprelin ayının 3-də Bakı şəhərində vəfat edib.
Belediyye.info