Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun sədrliyi ilə Binəqədi bələdiyyəsinin məhəllə komitələri ilə görüş keçirilib.
Bu barədə məlimatı Belediyye.info saytına Binəqədi bələdiyyəsindən verilib.
Görüşdə Məhəllə Komitələri haqqında Qanun, “Bələdiyyələrin Məhəllə Komitələri” haqqında əsasnaməsinə əsasən Məhəllə Komitələrinə həvalə olunmuş vəzifələr, səlahiyyətlər haqqında, yerli əhəmiyyətli məsələlərin həllində komitələrin rolu, bu komitələrin fəaliyyətinin əlaqələndirilməsi, əhali arasında maarifləndirmə tədbirləri haqqında müzakirələr edilib.
Müzakirələrdə məhəllə komitələrinin sədrləri Rafiq Rəhimov, Zabitə ismayılova və 8-ci mikrorayon sakinləri iştirak edərək fikir və rəylərini bildiriblər.
Bundan əlavə, görüşdə son günlər əhalini narahat edən Nardaranda baş vermiş hadisələr ətrafında da müzakirələr aparılıb.
Müzakirələrdə Azərbaycanın sabitliyinin pozulması istiqamətində atılmış addımlar pislənilmiş, dini ekstremizmə qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşının yaxından iştirak etməsinin vacibliyi vurğulanmış, bu istiqamətdə Məhəllə Komitələri tərəfindən də əhali arasında maarifləndirmə işlərinin aparılmasının böyük rolu olduğu bildirilib.
Sonda Ramiz Göyüşov sakinləri və məhəllə komitələrinin üzvlərini maraqlandıran sualları cavablandırib.
Belediyye.info