"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi məktəbliləri də "ölkəmizi tanıyacaq"lar

--2018-11-19 / 11:44

“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Gəncə-Göygöl- şəmkir istiqamətində yola salınmaları münasibətilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, başçının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdirləri, Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, ictimai birliklərin rəhbərləri, veteranlar, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak etdilər. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyuldu. Çıxış edən 299 nömrəli məktəb-liseyin şagirdi - Nuray Məmmədzadəyə və 313 nömrəli tam orta məktəbin şagirdi Tural Qasımov “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər. Valideynlər adından çıxış edən “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısı əli Dadaşzadənin atası Emin Dadaşzadə bu gün bura yığışmış tur-aksiya iştirakçılarının Azərbaycanının gələcək parlaq nəsilləri olduğunu qeyd etdi və təhsilin, səhiyyənin, mədəniyyətin, idmanın inkişafına görə Prezident cənab ilham əliyevə və birinci vitse-prezident xanım Mehriban əliyevaya öz təşəkkürünü bildirdi. Natiq ölkə başçısı, Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə müqəddəs Azərbaycan Bayrağının Cocuq Mərcanlıda dalğalandığı kimi, şuşada, Laçında və bütün işğaldan olan torpaqlarımızda dalğalacığını əmin olduğunu qeyd etdi.

Daha sonra çıxış üçün söz Binəqədi Rayon icra hakimiyyətinin başçısı cənab Elxan Allahverdiyevə verildi. Natiq son 15 ildə Prezident ilham əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun bütün istiqamətlərində, o cümlədən xarici siyasət sahəsində ciddi uğurlara imza atıdığını, Azərbaycan Respublikası, sözün əsl mənasında, müstəqil xarici siyasət yürüdən ölkə olduğunu bildirdi. Natiq Azərbaycanda gedən sürətli inkişafın hər bir vətəndaşın gündəlik yaşamında özünü aydın şəkildə göstərdiyini bildirdi. Bir daha “Ölkəmizi taniyaq” layihəsinin yüksək əhəmiyyətini vurğulayaraq, tur aksiya iştirakçılarına uğurlar arzuladı.

Daha sonra tədbir bədii hissə ilə davam etdirildi, vətənpərvərlik mövzusunda şeirlər şəsləndirildi, mahnılar ifa olundu. iştirakçılar təntənəli musiqi sədaları altında rəqs etdilər. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər. Layihə iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, eyni zamanda Azərbaycan Respublikasının Dövlət bayrağı və “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il yazısı dalğalandırıldı.

Məktəblilər milli musiqi sədaları altında avtobusla Gəncə intiqamətində yola düşdülər.

Belediyye.info

 

ŞƏRHLƏR