“Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, RiH başçısının müavini Aygün əliyeva, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, aparatın şöbə müdiri Elman Dadaşov, Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov, məktəb direktorları, valideynlər, ASAN Könüllüləri, “Ölkəmizi tanıyaq” tur aksiyanın iştirakçıları iştirak ediblər.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsi önünə gül qoyulub.
Tədbirdə çıxış edən 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov son zamanlar ölkədə gedən inkişafın ölkə başçısı ilham əliyevin gərgin əməyinin bəhrəsi olduğunu bildirdi. “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçısının valideyni Nazim Behbudzadə bu layihənin məktəblilərə göstərilən diqqət və qayğının bariz nümünəsi olduğunu dedi. Sonra çıxış edən 283 nömrəli tam orta məktəbin şagirdi Xədicə Məşrik, 103 nömrəli tam orta məktəbin şagirdi Tofiq Məmmədəliyev, 83 nömrəli məktəb-liseyin şagirdi Züleyxa Musayeva “Ölkəmizi tanıyaq” tur-aksiyasının onların həyatında çox böyük və yaddaqalan olacağı fikrini səsləndirdilər.
Daha sonra çıxış üçün söz Binəqədi Rayon icra hakimiyyətinin başçısı cənab Xaləddin isgəndərova verildi. Natiq Naxçıvanda inkişafın miqyasının illərlə, aylarla deyil, günlərlə ölçüldüyünü söylədi. Xaləddin isgəndərov Naxçıvan Muxtar Respublikasının Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış blokada şəraitində olmasına baxmayaraq yüksək inkişaf mərhələsində olduğunu dedi. Naxçıvanda inkişafın təməlinin ulu öndər Heydər əliyevin Naxçıvan Ali Məclisinin Sədri olduğu dövrdə qoyulduğunu və Prezident ilham əliyevin yüksək diqqət və qayğısı sayəsində daha da zənginləşdiyini bildirən Xaləddin isgəndərov Naxçıvan istiqaməti üzrə səfər edəcək tur-aksiya iştirakçılarının ümummilli lider Heydər əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü haqqında ətraflı məlumat alacaqlarlarını, eyni zamanda gənclərin Naxçıvanda bu günədək qorunub saxlanılan mədəniyyət nümunələri ilə yaxından tanış olacaqlarını bildirdi.
Sonda səfərin proqramı ilə iştirakşılar tanış oldular və tədbir bədii hissə ilə davam etdi. Tur-aksiyanın iştirakçıları üzərində “Ölkəmizi tanıyaq” sözləri yazılmış tortu kəsdilər.
Sonda Tur–aksiya iştirakçıları maraqlı flaşmoblar vasitəsilə “Ölkəmizi tanıyaq” layihəsinin bu günə qədər həyata keçirilmiş 7 istiqamətinin hər bir bölgəsini nümayiş etdirməsi, bayrağımızın rəngləri ilə gənclərin “Ölkəmizi tanıyaq” sözünü həkk etməsi, eyni zamanda Azərbaycan bayrağını qürurla dalğalandırması ilə layihənin əhəmiyyətini bir daha diqqətə çatdırdılar.
Belediyye.info