"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi dil kursları təşkil edir

--2015-11-25 / 11:26

Binəqədi qəsəbə bələdiyyəsi qəsəbənin məktəbyaşlı uşaqları üçün ingilis və rus dili kursları təşkil edib. əsas məqsəd uşaqların dünya görüşünü artırmaq və əyləncəli bir mühitdə əlavə olaraq dilə sahiblənməkdə uşaqlara kömək etməkdir. Bələdiyyənin inzibati binasında keçiriləcək dərslər həftədə iki dəfə olmaqla peşəkar müəllimlər tərəindən həyata keçiriləcəkdir.

Xatırladaq ki, dekabr ayından başlanan kurslar ödənişlidir.

Bələdiyyə iclasının qərarıyla müəyyən təbəqənin şagirdlərinə güzəştlər tətbiq olunacaq.

Dərslər iki  yaş qrupu üzrə 5-9 və 10 -13 yaşlarda olanları əhatə edəcəkdir.

Yekunda ən yaxşı və təhsilini əla başa vuranlara sertifikatlar və qiymətli hədiyyələr verilməklə növbəti mərhələyə keçiriləcəkdir.

Qeydiyyat ücün son tarix dekabrin 5- nə kimidir.  

əlaqə telefonu 012 411 21 80

Belediyye.info

ŞƏRHLƏR