"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi ekskursiya təşkil edib

--2018-06-26 / 00:01

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin ictimai-humanitar sektorun təşkilatçılığı ilə Bakı Metropoliteninin Nərimanov elektrik deposu, Bakmil stansiyasına ekskursiyaya təşkil edilib. Ekskursiyada ictimai-humanitar sektorun müdiri Nilufər Yunusova və qəsəbə ərazisindəki 179, 205 saylı məktəblərin şagirdləri iştirak ediblər. Bu barədə məlumatı Binədəqi qəsəbə bələdiyyəsi yayıb.

Ekskursiya iştirakçılarını metropolitenin əməkdaşları qarşılayaraq deponun inzibati binası ilə tanış etmişlər, əməkdaşlar tərəfindən təlim keçirilmiş, qatarların iş prinsipi maket üzərində izah edilmiş, məktəbliləri maraqlandıran suallar cavablandırılmışdır.

Sonda isə xatirə şəkli çəkilmişdir.

Qeyd edək ki, bu cür ekskursiyaların təşkil edilməsində əsas məqsəd məktəblilərin asudə vaxtının səmərəli keçirilməsi, onların müxtəlif mövzularda məlumatlandırmaqdır.

Belediyye.info

ŞƏRHLƏR