"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi hesabat verdi

--2017-01-18 / 17:33

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi 2016-cı ildəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə təqdim edib.

Binəqədi rayon Binəqədi qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi ilə birgə keçirilən hesabat konfransında giriş sözü Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini V.ismayılov açıb.

Konfransda nümayəndəliyin rəhbəri Elxan əliyevin və bələdiyyə sədri Aytac əliyevanın hesabat məruzələri konfrans  iştirakçılarının diqqətinə çardırılıb.

Məruzə ətrafında  qəsəbə sakinləri və ziyalıları çıxış edərək, rəy və təkliflərinin bildiriblər və bələdiyyənin və nümayəndəliyin  ötən ilki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Hesabat yığıncağında rayon icra hakimiyyətinin, QHT nümayəndələri, KiV-in təmsilçiləri, məhəllə komitələrinin fəalları iştirak ediblər.

Konfransın sonunda Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini V.ismayılov geniş məzmunlu təklif və tövsiyyələrlə çıxış edib.

Sonra hər iki sturktur üzrə qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Belediyye.info

ŞƏRHLƏR