"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi Qaraçuxurdan olan həmkarlarını qəbul edib

--2015-11-12 / 20:45

“Uğurlu təcrübəni paylaşmaq və yerlərdə tətbiq etmək, təbii ki, böyük sevincdir” –bu fikirləri Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva bildirib.

Onun sözlərinə görə, Suraxanı rayonu Qaraçuxur bələdiyyəsinin Verigi xidməti orqanının nümayəndələri Binəqədi qəsəbə bələdiyyəsində qonaq olub.

Məqsəd Vergilər Nazirliyinin Binəqədi rayonunun bələdiyyələrində tətbiq etdiyi Bələdiyyə Elektron Vergi informasiya Sistemi  (BEViS) ilə yaxından tanış olmaq idi.

Sədrin sözlərinə görə, biz də uğurlu təcrübəni həmkarlarımızla bölüşərək, prosesi əyani formada qonaqların diqqətinə çatdırdıq.

Belediyye.info

ŞƏRHLƏR