Binəqədi rayon Binədəqi qəsəbə bələdiyyəsi zibil tullantılarının qarşısının alınmasıyla bağlı sakinlərə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Hörmətli sakinlər!
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarına əsasən “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” Qaydaları təsdiq edilmişdir.
Qaydalara əsasən istehsalat tullantılarının (tikinti tullantıları, ağac budaqları), iri ölçülü məişət əşyalarının (müxtəlif mebel məmulatları), məişət cihazlarının (soyuducu, paltaryuyan və s.) və təkrar xammal tullantılarını məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər yerləşən əraziyə, konteyner meydançalarına və konteynerlərə atılmasına yol verilmir.
Qaydalara baxmayaraq, əksər hallarda istehsalat tullantılarının (tikinti tullantıları, ağac budaqları), iri ölçülü məişət əşyalarının (müxtəlif mebel məmulatları), məişət cihazlarının (soyuducu, paltaryuyan və s.) konteynerlər yerləşən əraziyə, konteyner meydançalarına və konteynerlərə atılması halları müşahidə olunur.
Nəzərinizə çatdırılır ki, Azərbayucan Respublikasının inzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə görə, vətəndaş məişət tullantılarının konteynerlərdən (urnalardan) kənar yerlərə atılmasına görə 50,0 (əlli) manat məbləğində;
Məcəllənin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə -
fiziki şəxslər 500,0 (beş yüz) manatdan 800,0 (səkkiz yüz) manatadək məbləğdə, vəzifəli şəxslər 2000,0 (iki min) manatdan 3000,0 (üç min) manatadək məbləğdə, hüquqi şəxslər 6500,0 (altı min beş yüz) manatdan 8000,0 (səkkiz min) manatadək məbləğdə cərimə edilir.
şəhərimizi təmiz saxlayaq, məişət tullantılarının konteynerlərdən (urnalardan) kənar yerlərə atmasının qarşısını alaq, sənaye və məişət tullantılarının dərhal aparılmasını təmin edək.
Nəzərinizə çatdırırıq ki, sənaye və məişət tullantılarının daşınaraq ərazidən kənarlaşdırılmasını Binəqədi qəsəbə Bələdiyyəsi həyata keçirir və bununla əlaqədar (012) 4112180 telefon nömrələrinə müraciət edə bilərsiniz.
BiNəQəDi QəSəBə BəLəDiYYəSi”
Belediyye.info