"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi sakinlərinə niyə müraciət edib?

--2015-11-09 / 22:34

Belediyye.infoya daxil olan məlumatda bildirilir ki,  paytaxtda yağan aramsız yağışlar nəticəsində qəsəbə sakinlərinin qarşılaşa biləcəyi problemləri operativ şəkildə həll etmək üçün bələdiyyədə qərargah yaradılıb.

Bələdiyyə hazırda gücləndirilmiş iş rejimində çalışmaqdadır.

Qaynar xəttə daxil olan məlumata əsasən, DSK 4 ünvanında kanalizasiya borusunu müvəqqəti də olsa kanaladək uzadılıb. Məlumatda bildirlir ki, bununla da ərazidə açıq axan və antisanitar vəziyyət yaradan problemi aradan qaldırılıb.

Hər bir problemi olan qəsəbə sakini bələdiyyənin  “Qaynar xəttinə” müraciət edə bilər:

+994 12 4112180 - Binəqədi qəsəbə Bələdiyyəsi

Belediyye.info

ŞƏRHLƏR