"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsi vergi müfəttişlərini maarifləndirir

--2015-12-14 / 21:48

Binəqədi rayon Binəqədi qəsəbə  bələdiyyəsi vergi müfəttişlərini maarifləndirmək  məqsədiylə təlimlərə start verib. ilk əvvəl vahid vergi forması tətbiq edən bələdiyyə indi də onların bilik səviyyəsini artırmağa başlayıb.

Bu barədə məlumatı qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva bildirib. Onun sözlərinə görə,  18 nəfər vergi müffətişinə bələdiyyənin "Bələdiyyə gəlirləri və Yerli Vergilər şöbəsi"nin müdiri Abbas Abbasov və müdir müavini əli Hüseynov vergilərin toplanması prosesi, bildirişlərin sakinlərə  izahında, yaranan problemin aradan qaldırılması  barəsində treninq keçiblər.  Bununla yanaşı treninqdə müfəttişlərə öz vəzifələri barədə, sakinlərlə ünsiyyətdə yaranan fors-major hallarının təkrarlanmamsı üçün tövsiyyələr də  verilib.

Treninqlərin ay ərzində bir dəfə olmaqla təkrarlanması nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR