"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsində "Açıq Qapı günü" keçirilib

--2017-10-31 / 19:17

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsində "Açıq Qapı günü" keçirilib. Bu barədə məlumatı adı çəkilən bələdiyyə yayıb.

Məlumatda bildirilir ki, “Yerli Demokratiya Həftəsi” çərçivəsində Binəqədi Qəsəbə Bələdiyyəsində növbəti açıq qapı günü keçirib.

“Açıq qapı” günü bələdiyyə sədri Aytac əliyeva, sədr müavini Mətanət Nəsibova və ictimai sektorun müdiri Nilufər Yunusova ilə birlikdə qəsəbə sakinlərinin qəbulu həyata keçirib.

Qəbulda 15 nəfərə yaxın qəsəbə sakini iştirak etmiş, qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlər müzakirə edilmiş, həlli istiqamətində aidiyyatı üzrə tapşırıqlar verilmişdir.

Belediyye.info

ŞƏRHLƏR