sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyənin təşəbbüsü ilə bu gün keçirilən iməcilikdə bir sıra təmizlik və abadlıq işləri həyata keçirilib. Qəsəbənin girişində əkilmiş güllərin bir qismi bələdiyyənin əməkdaşları tərəfindən yenilənmiş və əvvəlki vəziyyətinə gətirilib.
Növbəti təmizlik aksiyası isə Novxanı yolu istiqamətində olub. ətrafdakı qurumuş otlar vurulub, habelə tullantılar toplanaraq ərazidən daşınıb.
Gün ərzində keçirilən növbəti abadlıq işi konteyner meydançalarında aparılıb.
Belə ki, qəsəbənin Ramazanov küçəsindəki təmirə və rənglənməyə ehtiyac olan konteynerlər bələdiyyənin əməkdaşları tərəfindən təmir edilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|