"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsində vətəndaş qəbulu keçirilib

--2022-07-25 / 16:17

Bu gün Binəqədi qəsəbə bələdiyyəsinin sədr əvəzi Mətanət Nəsibova sakinləri qəbul edib. Qəbulda iştirak edən sakinlərin müraciətləri dinlənilib, səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı müvafiq qurumlara bələdiyyə adından məktubla müraciətlər hazırlanaraq göndərilib.

Bu barədə Belediyye.infoya məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bələdiyyədən bildiriblər ki, vətəndaş məmnunluğunu təmin etmək məqsədiylə hər gün bələdiyyə sədr əvəzi Mətanət Nəsibova, sədr müavini Rəşad isayev və bələdiyyənin digər vəzifəli şəxsləri tərəfindən qəbula gələn vətəndaşların hər birinin müraciətləri dinlənilir və həlli üçün addımlar atılır.

Belediyye.info

ŞƏRHLƏR