"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsində vətəndaş qəbulu keçirilib

--2022-10-10 / 14:30

Bu gün Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsində vətəndaşların növbəti qəbulu keçirilib. Bu barədə məlumat Binəqədi qəsəbə bələdiyyəsindən daxil olub.

Bələdiyyə sədri Mətanət Nəsibova qəsəbə sakinlərini kollektiv şəkildə qəbul edərək müraciətlərini dinləyərək onları narahat edən məsələlərlə yaxından tanış olubvə təkliflərini dinləyib.

Qəsəbənin birinci mədən küçəsinin sakinlərini narahat edən məsələ küçənin 400 metrlik ərazisində kanalizasiya xəttinin olmamasıdir. Məhz bu səbəbdəndir ki, sakinlər hər daim cidd problemlərlə üz-üzə qalmaları olurlar.

Sədr Mətanət Nəsibova müraciətlərin qısa müddətdə araşdırılması üçün komissiya yaradaraq zəruri tədbirlərin görülməsi üçün addımların atılması barədə qərar qəbul edib.

Sədrin sözlərinə görə, bütün hallarda vətəndaşları dinləmək və onların narahat edən məsələlərin həllinə çalışmaq bələdiyyənin bilavasitə seçkili orqan olaraq borcudur.

Qeyd edək ki, bələdiyyədə hər gün 10-15 nəfər sakin müxtləif məsələlərlə bağlı bələdiyyəyə müraciət edir. Bələdiyyə qulluqçuları vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına daim çalışır.

Belediyye.info

ŞƏRHLƏR