"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsindən ciddi xəbərdarlıq

--2017-09-18 / 15:30

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi  əhalini diqqətli və məsuliyyətli olmağa çağırıb. Sakinlərin bir daha yol kənarına zibil atmamaları xahiş olunur.

Bələdiyyənin bununla bağlı ciddi addımların atdığı qeyd edilir.

Bələdiyyənin yaydığı məlumatda bildirilir:

“Təəssüflər olsun ki, bütün xəbərdarlıqlara, iradlara baxmayaraq, bəzi sakinlərimiz ərazinin çirklənməsində maraqlı görsənir və bunun qarşısının alınmasına heç bir əhəmiyyət vermirlər. Belə ki, Gülüstan 7 küçəsində yaşayan sakinimiz ona verilmiş Yaddaş vərəqəsini heçə sayaraq, həyətindən çıxan 3 maşın tullantını yol kənarına tökmüş və ekoloji mühiti çirkləndirmişdir.

Tullantı tərəfimizdən götürülsə də, sahə müvəkkilinin iştirakı ilə hadisəni protokollaşdırdıq və aidiyyatı üzrə bölməyə göndərdik. Vətəndaşa da bu haqda məlumat verdik. Unutmamalıyıq ki, qanunun tələblərinə əməl etmək hər birimizin borcudur!”

Belediyye.info

ŞƏRHLƏR