sorğu
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi bəzi sakinlərə iradlarını bildiriblər. Bununla bağlı qəsəbə bələdiyyəsi sakinlərə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Bəzən belə də olur...
Sakinlərimiz boş həyətyanı sahəni görüb, məişət tullantısı bura atırlar...
Lakin düşünmürlər ki, bu, antisanitar hal yaradaraq, sağlamlığa ziyan vurur.
I mədən 9-cu korpus ünvanında qarşılaşdığımız bu məqam da dediklərimizin əksidir.
Ó˜ziz sakinlərimiz, gəlin, tullantını hara gəldi deyil, aidiyyatı üzrə yerinə ataq!”
Qeyd edək ki, bələdiyyəmizin əməkdaşları sözügedən ünvanda təmizlik işləri aparmışdır.
Belediyye.info
|
|
|
|