"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsindən sərt qərar

--2016-02-09 / 22:44

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin  yaydığı məlumata  görə, sərəncam verilmiş lakin bu günədək  istifadəsiz   qalmış torpaq  sahələri bələdiyyənin mülkiyyətinə qaytarılır.

Bələdiyyənin yaydığı məlumatda o da qeyd edilir ki, prezident ilham əliyevin tapşırıq və tövsiyyələrinə əsasən, istifadəsiz qalan torpaq ahələrinin inventarlaşdırılması aparılır və vergidən yayınan vətəndaşlar borclarını ödəmələri istiqamətində xəbərdarlıq edilir.

Bu addımlara baxmayaraq, bəzən elə hallar olur ki, iri torpaq sahibləri nəinki borclu olduqları vergini ödəyir, hətta ölkə rəhbərliyi tərəfindən verilmiş tövsiyyələrə belə laqeyd yanaşırlar.

Bu məslələrə sərt reaksiya verən Binəqədi qəsəbə bələdiyyəsi bələdiyyə iclasında müzakirələr aparmış və müvafiq qərarlar qəbul etmişdir.

Qərara əsasən, Binəqədi qəsəbəsinin inzibati ərazisində vergidən yayınan sahibkarlara ayrılmış torpaqların Sərəncamları ləğv edilərək, torpaq sahəsi bələdiyyə mülkiyyətinə geri qaytarılmışdır.

Məlumatda deyilir ki, proses davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR