"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə bələdiyyəsinin fəaliyyətiylə tanış olaq

--2016-07-02 / 22:55

 

  • əziz sakinlərimiz, Bakı küləyinin gətirdiyi fəsadları aradan qaldırmaq üçün Binəqədi-Novxanı yolundakı meydançalarımızın küləyin təsirindən qırılmış polkarbonatlarını düzəltdik.
  • əziz sakinlərimiz, son günlər qəsəbəmizin ərazisində içməli suyun verilməsində uzunmüddətli fasilələr yaranmışdır. Magistral su xəttinin təmir edilməsi ilə əlaqədar susuz qalan sakinlərimizə tərəfimizdən su verilmişdir.
  • Yaşıllıqların qorunması hər zaman mühüm olub. Elə qəsəbəmizin ərazisindəki yaşıllıqların daim diqqətdə saxlanması, vaxtında biçilməsi, gübrələrinin verilməsi bu səbəbdən irəli gəlir. Bağbanlarımız da günə yaşıllıqların otunun biçilməsi, kolların təmizlənməsi ilə başladılar. Görüntüləri təqdim edirik.
  • Abadlıq-quruculuq aparılan ərazilərdə  problemlərin olması qaçılmazdır. Belə ki, DSK - 4 və Yeni yol ərazisində dövlət layihəsi çərçivəsində salınmış kanalizasiya şəbəkəsindən sonra yaxın vaxtlarda asfalt örtüyünün vurulmasına başlanılacaqdır. Bu məqsədlə Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müavini Vüsar ismayılov ərazidə sakinlərlə görüşmüş, yolla əlaqədar müşahidə olunan çətinliyin tez zamanda aradan qaldırılacağını sakinlərin diqqətə çatdırmışdır. Qeyd edək ki, görüşdə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva və Binəqədi qəsəbə icra nümayəndəsi Elxan əliyev  iştirak etmişdir.

P.S. Məlumat bələdiyyənin sosial şəbəkədə paylaşdığı məlumatlar əsasında hazırlanıb.

Belediyye.info

 

ŞƏRHLƏR