"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbə sakinlərinə hesabat verildi

--2018-01-25 / 19:02

Binəqədi qəsəbə Mərkəzi Mədəniyyət evinin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi qəsəbə bələdiyyəsi sədrinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Binqədi RiH yayıb.

Hesabat yığıncağında Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsiin müdiri Yəhya əliyev və ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak etdilər.

Hesabat yığıncağını giriş nitqi ilə açan Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov qəsəbədə görülən və görülməsi nəzərdə tutulan işlərdən danışıb.

Daha sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Adil Misirov və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva 2017-ci il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər. Hesabat məruzələr ətrafında çıxış edən qəsəbə sakinləri hesabat məruzələrinə münasibət bildirdilər və qəsəbədə həlli vacib məsələlərə toxunublar.

Sonda 2017-ci ilin yekunları ilə bağlı Rayon icra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Binəqədi qəsəbə bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edild.

Belediyye.info

 

ŞƏRHLƏR