Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbə bələdiyyəsinin sədri Aytac əliyeva hər zaman sakinlərin müraciətinə əsasən yerlərdə görüşlər keçirir, sakinlər tərəfindən qaldırılan problemlərin araşdırılıb həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verir.
Belediyye.infoya daxil olan məlumata görə, növbəti belə görüş martın 4-də keçirilib. Sakinlərdən daxil olan müraciətə əsasən, qəsəbənin “Ó˜sgər dağı” deyilən hissəsində geniş miqyaslı təmizlik işləri aparılıb. Təmizlik işlərinə bələdiyyənin əməkdaşları və könüllülər iştirak edib.
Təmizlik işləri zamanı ətrfada yaşayan sakinlərinlə bələdiyyə sədri görüşüb və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
Verilən məlumata görə, bu tipli iməcilikləri bələdiyyə hər həftə keçirmək niyyətindədir.
Belediyye.info