"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi qəsəbədə sakinlərlə görüş keçirilib

--2016-09-16 / 17:06

Binəqədi rayon Biəqədi qəsəbə bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbə bələdiyyəsi  üçün sakin müraciəti hər zaman mühimdir, əhəmiyyətlidir.

Məhz bu səbəbdəndir ki, Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müavini Vüsar ismayılov, Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsi Elxan əliyev və Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva I mədən 42-43-cü korpuslarda yaşayan bir qrup sakinlə görüş keçirilmişdir

Məlumatda bildirilir ki, görüşdə hazırda sözügedən ünvanda aparılan abadlıq işləri, salınan asfalt örtüyü haqqında məlumat verilmiş, həmçinin, çəkilmiş kanalizasiya və su xətlərinə veriləcək qoşmalardan danışılmışdır.

Belediyye.info

ŞƏRHLƏR