Binəqədi bələdiyyəsinin yaydığı məlumata gğrə, Binəqədi qəsəbəsində bir sıra ərazilərində içməli suyun verilməsində yay mövsümü ilə əlaqədar müəyyən problemlər yaşanır. Mövcud problemləri aradan qaldırmaq, yerində araşdırmaq və sakinlərlə görüşmək üçün 1646 - Binəqədi rayon Sakinlərin Müraciəti Xidmətinin rəhbəri Anar Səfərov, Binəqədi qəsəbə icra nümayəndəsi Elxan əliyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədr müavini Vüqar Həsənov, habelə Binəqədi Sukanal idarəsinin məsul nümayəndələri qəsəbənin şirvani, Qarayev, ələkbərov küçələrində olaraq sakinlərlə görüşublər.
Magistral xətdən verilən ayrıntının təzyiqini yoxlayaraq aidiyyatı üzrə tapşırıqlar verilib.
Bildirilib ki, gün ərzində suyun verilməsi təmin olunacaqdır.
Belediyye.info
|
|
|
|