"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayon icra Hakimiyyəti bələdiyyə qulluqçusunu təltif edib

--2019-01-28 / 18:43

2018-ci ilin yekunları üzrə Binəqədi rayonun sosial-iqtisadi inkişafında fəal iştirakına görə Binəqədi rayon bələdiyyəsinin ümumi şöbəsinin müdiri Babək Babazadə Binəqədi rayon icra Hakimiyyətinin “Fəxri Fərmanı” və hədiyyəsiylə təltif edilib.

Qeyd edək ki, təltifetmə 135 saylı məktəbin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının 1 və 2 nömrəli Sahə inzibati ərazi dairəsi üzrə nümayəndələrinin və Binəqədi bələdiyyəsi sədrinin 2018-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağında həyata keçirilib.

Babək Babazadə uzun müddətdir ki, bələdiyyə qulluçusu kimi qüsursuz olaraq çalışır. Bələdiyyə sahəsində ilk fəaliyyətinə isə M.ə.Rəsuzladə bələdiyyəsində başlayıb.

P.S. Babək Babazadənin təbrik edir və bələdiyyə sisteminin inkişafında daha böyük uğurlar qazanmağı arzu edirik.

Belediyye.info

ŞƏRHLƏR