"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi Rayon icra Hakimiyyəti hesabat verdi

--2017-02-17 / 07:18

Binəqədi rayonunda 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, Binəqədi Rayon icra Hakimiyyəti başçısının 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Azay Quliyev,  Kamaləddin Qafarov, Madər Musayev, Rayon icra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov,  rayonun digər struktur sahələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.

Hesabat yığıncağı Prezident ilham əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, Binəqədi Rayon icra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlamışdır.

Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov Prezident ilham əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2016-cı il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış edib.

Natiq çıxışında bildirib ki, Milli inkişaf modelinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların ardıcıl qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, həmçinin, hüquqi dövlət quruculuğu yolunda atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın dinamik inkişafını təmin edən faktorlar hesab edilir. Qeyd etmək yerinə düşər ki, müstəqil  dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün bu tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir.

Natiq bildirdi ki, Binəqədi rayonu da ölkədə aparılan uğurlu siyasətdən öz payını götürdü, Ölkə prezidenti Cənab ilham əliyevin diqqət və qayğısı nəticəsində rayonumuz daha da çiçəkləndi, vətəndaş məmnunluğuna hesablanan dövlət siyasəti həyata keçirildi.

Daha sonra hesabat yığıncağında Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Kəmaləddin Qafarov,   284 saylı orta məktəbin direktoru  Nizami Novruzov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev Prezident ilham əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışaraq çıxışlara yekun vurdular. şura iclasının qərar layihəsi və Prezident ilham əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra Binəqədi Rayon icra Hakimiyyəti başçısının sərəncamına əsasən Binəqədi rayonunun sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında fəal iştirakına görə bir qrup şəxsin mükafatlandırma mərasimi oldu.

Hesabat yığıncağına Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov yekun vuraraq bildirdi ki, 2017–ci ildə də Dövlət başçısı cənab ilham əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və naliyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər əliyev tərəfindən təməli qoyulmuş və Prezident ilham əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.

Belediyye.info

 

ŞƏRHLƏR