"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi Rayon icra Hakimiyyətində rayon müşavirəsi keçirilib

--2019-01-16 / 12:55

Binəqədi Rayon icra Hakimiyyətinin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanovun sədrliyi ilə Bakı şəhərində havaların kəskin dəyişəcəyini nəzərə alıb qabaqlayıcı tədbirlər görülməsi məqsədilə iclas keçirilmişdir. 

iclasda Bakı şəhər icra Hakimiyyətinin və Rayon icra Hakimiyyətinin məsul əməkdaşları, RiH başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, MTKB və tabeliyində olan MKiS-lərin, Xüsusi Təyinatlı MKiS-lərin rəisləri və Rayon ərazisində fəaliyyət göstərən digər kommunlar sahələrin rəhbərləri iştirak etmişdir.

iclası giriş sözü ilə açan ilqar Süleymanov yanvar ayının 17-si və 18-i tarixlərində Bakı şəhərində havaların kəskin aşağı düşəcəyini, qar - sulu qarın yağacağını, güclü küləyin və qasırğanın olacağını, bəzi hallarda şimal-qərb küləyinin saniyədə 25-40 metirədək şiddətlənəcəyini və havanın temperaturunun 2 dərəcəyədək enəcəyi bildirdi.

Bununla əlaqədar olaraq əhali arasında təbliğat işinin aparılması, ağacların yanında nəqliyyat vasitələrini saxlanmaması və hündürmərtəbəli binaların tikintisi gedən yerlərdə təhlükəsizlik qaydalarına riayət edilməsi, sürüşmə ehtimalı olan yolların qardan və buzdan təmizlənməsi, baş verəcək hadisələrin qarşısını almaq üçün operativ tədbirlərin görülməsi və görülən işlərin nəticəsi barəsində mütəmadi olaraq Rayon icra Hakimiyyətinə məlumat verilməsini diqqətə çatdırdı.

Sonda müvafiq ərazilər üzrə növbətçiliklərin təşkili və ərazilərin ciddi nəzarətdə saxlanması tədbir iştirakçılarının diqqətinə çatdırıldı.

 Belediyye.info

ŞƏRHLƏR