"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayon məktəblərində Bilik günü qeyd olundu

--2016-09-16 / 17:26

15 sentyabr 2016-cı il tarixdə Binəqədi rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirildi.

Məktəbliləri təbrik etmək üçün 246 saylı tam orta məktəbdə keçirilən bayram tədbirində Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov, Binəqədi Rayon Polis idarəsinin rəisi Namiq ismayılov, Dövlət Təhlükəsizlik Xidmətinin Binəqədi Rayon şöbəsinin rəisi Polad Abdullayev, 246 saylı məktəb-liseyin derektoru Almaz Bayramova, professor əjdər Ağayev, azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzinin rəqs qrupu, məktəbin müəllim və şagird heyəti iştirak etdi.

Öncə 246 saylıməktəb-liseyinderektoru Almaz Bayramova şagirdləri, müəllimləri v ə qonaqları salamladı.

Çıxışedən Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov və professor əjdər Ağayev təhsil sahəsində şahidi olduğumuz nailiyyətlərin dövlət başçısı ilham əliyevin ardıcıl, məqsədyönlü və Azərbaycanın gələcək inkişaf perspektivlərinə hesablanmış təhsil strategiyasından qaynaqlandığını vurğuladılar.

Tədbirdə Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov çıxış edərək Bilik günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik etdi, onlara yeni dərs ilində uğurlar arzuladı. Rayon icra Hakimiyyətinin başçısı ötən tədris ilinin də Binəqədi rayonu üçün uğurlu olduğunu diqqətə çatdırdı, ali məktəblərə qəbul imtahanlarında rayon məktəblilərindən 90 nəfərin 600-dən yuxarı bal toplayaraq yüksək nəticələr göstərdiyini vurğuladı. O, bütün bu uğurların əsasında təhsilə göstərilən dövlət qayğısının dayandığını bildirdi.

Sonra azyaşlılardan ibarət “Dilbərim” rəqs qrupu, 26 saylı Uşaq və Gənclərin Yaradıcılıq  Mərkəzinin rəqs qrupu, 3-cü sinif şagirdi Aysel Bektaşi çıxış etdi, məktəblilərin ifasında şeir  dinlənildi.

Tədbirin ardınca Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov və qonaqlar “Sağlam təhsil” layihəsi əsasında yaradılmış sinif otağına, həmçinin şahmat məktəbinin nəzdində fəaliyyət göstərən şahmat sinfinə baxış keçirdi, məktəbdə yardılmış şəraitlə tanış oldu.

 Belediyye.info

ŞƏRHLƏR