"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayon Xocasən bələdiyyəsi yeni layihəyə start verib

--2016-08-10 / 16:43

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, 10.08.2016 -çı il tarixindən "Təmizlik sağlamlığın rəhnidir" devizi altında Xocəsən bələdiyyəsinin inzibati ərazisində təmizlik 10 günlüyünə start verilib. Məqsəd ictimai iaşə və ticarət obyektlərinin qarşısını və ətrafını səliqəli təmiz saxlamaq və küçə ticarətini qarşısını almaqdır.  Ongünlük şərçivəsində sahibkarlarla vətəndaşlarla görüşlər keçiriləcək, bəzi izahat işləri aparılacaqdır.

Məlumatda daha sonra bildirilir ki, bu aksiya 20.08.2016 - cı il tarixinə kimi davam edəcək və mütəmadi olaraq obyektlərin qarşısında monitorinqlər aparılacaqdır.

Bu gün artıq bələdiyyə əməkdaşalrı ilk monitorinqə başlayıb. Monitorinqlərin yekunları barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR