Binəqədi Rayon icra Hakimiyyəti başçısı Xaləddin isgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Müşavirədə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi iştirak edib.
RiH başçısı Xaləddin isgəndərov müşavirəni açaraq bildirib ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırmış, bu işlərə aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılmışdır.
Müşavirədə ətraflı fikir mübadiləsi aparılmış və təkliflər səsləndirilmişdir.
Belediyye.info