"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 2021-ci ilin 6 ayı ərzində görülmüş işləri barədə HESABATI

--2021-07-12 / 11:43

Binəqədi rayonu Binəqədi bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinin 4-cü bəndinin tələblərinə əsasən seçicilərin qarşısında öz fəaliyyəti barədə hesabat verir.

Bu hesabat bələdiyyənin 2021-ci ilin 6 ay ərzində görülən işləri əks etdirir.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Ümumi iclaslarda 45qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən qəbul edilmiş büdcənin icrasına ciddi diqqət yetirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən demək olar ki, əksər sahələrdə fəaliyyət göstərən sahibkarların obyektlərin fəaliyyəti dayandırılmışdır. Belə bir şəraitdə vergilərin ödənilməsi ilə bağlı təşkilati və marifləndirmə işlərinin aparılması çətinləşmişdir. Lakin, buna baxmayaraq Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin rəhbərliyinin səyi nəticəsində ötən ilə nisbətən vergi daxilolmasında artım müşahidə olunmuşdur.

6 ay ərzində bələdiyyə büdcəsinə 333092.01 manat gəlir daxil olmuş, xərclər 281500.23 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən – 61151.64 manat, bələdiyyə əmlak vergisindən- 206723.65 manat, icarə haqqından 54911.35 manat, avtodayanacaqlardan rüsum– 7409.6 manat, digər gəlirlər – 2895.77 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir və əlavə olaraq fiziki şəxslərə məlumat üçün yaddaş bukletləri təqdim olunmuşdur. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Tədbir görmək üçün Binəqədi rayon icra və Probasiya şöbəsinə 1030-dan artıq şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 30645.45 manat daxil olmuşdur.

Yığılan rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, maliyyə hesabatlarında öz əksini tapmış və bu barədə aidiyyatı təşkilatlara verilən məlumatlarda qeyd edilmişdir.

Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin rəhbərliyi distant formada təşkil olunmuş hüquqi maarifləndirmə kurslarına qoşulmuşdur və 6 ay ərzində Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarlı ilə yerli vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması, Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması , yerli özünüidarə orqanlarının normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi barədə mövzularda görüşlər keçirilmişdir.

Hazırda bələdiyyənin inzibati ərazisində 407 binada 33870 ev təsərrüfatı və 1694 təsərrüfat subyektləri mövcudddur. (cəmi 35564 təsərrüfat vardır)

Göstərilən 35564 vergi ödəyiciləridən hesabat dövründə 33322 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 1594 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 648 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillərdir.

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına- 119425.00 manat , DSMF-39943.00 manat, bələdiyyənin saxlanmasına-29017.00 manat, abadlıq, quruculuq, təmir işləri və təmizlik aksiyalarına-76733.00 manat, sosial yardımlar üzrə ödənişlərə-14014.0 manat, bank xidmətləri üçün -2368.0 manat təşkil edilmişdir.

Ümumiyyətlə ərazidə abadlıq, quruculuq işlərinin aparılması bələdiyyə üçün əsas istiqamət kimi qarşıda qoyulmuşdur. Hal-hazırda vətəndaşlarımızın istirahəti üçün Azadlıq metro stansiyasının yanında S.S.Axundov küçəsi ətrafında park salınır.

Hesabat dövründə aşağıda sadalanan işlər görülmüşdür. Belə ki,

-     7-ci mkr., F.Məlikov küçəsi 31 ünvanda

söhbətgahın qurlaşdırılması , asfaltlanması-13240.0                                                     

-     Goradil bağ massivində asfalt işi-18.779.04

-     Goradil bağ massivində Rabitə bağlarına gedən yolun asfalt işi-6993.01

-     Goradil bağ massivi Abşeron su kanalı boyu yolun təmiri-7793.95

-     Fatmai bağ massivi “Makro Market”ə bitişik yolun təmiri-7197.00

-     Goradil bağ massivi 405 saylı bağa gedən yolun təmiri-20230.75

-     Bərk məişət tullantılarının və meydancaların təmizlənməsi və beton üzlüklərin yeniləri ilə dəyişdirilməsi--25.00.00

-     7-ci mkr., F.Məlikov küç., 31 ünvanında abadlıq işləri-13240.00

-     Havanın şaxtalı keçməsi ilə əlaqədar qum, duz alınması-2500.00

Təhlil göstərir ki, 2021-ci ilin yanvar-iyun aylarında vətəndaşlardan daxil olmuş 355 müraciətlər aşağıda qeyd edilən məsələlərə aid olub:

Arayış (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                              179                                       

Maddi yardım                                                                                                         49                                                                                                   

Dəfnlə bağlı arayışlar                                                                                              107                                                                            

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq, sənədlərin

rpası, vergi məsələlri ilə bağlı məlumat verilməsi,

torpaq sahələrinin dəqiqləşdirilməsi və s.                                                   20                              

Müraciətlərin baxılması nəticəsi: müsbət həll olunub                                                      

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 255 məktub, müraciət, sərəncam və digər sənədlər daxil olmuşdur.

Daxil olmuş sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyənin inzibati ərazisində yaşayış məhəllələrində, mikrorayonlarda əhali ilə görüşlərə daim diqqət yetirilir və bu görüşlər davamlı xarakter almışdır.

Bələdiyyədə “qaynar xətt” (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 308 nəfər   vətəndaş, o cümlədən şəxsən sədr tərəfindən 80 nəfər vətəndaş qəbul edilmişdir.

ərazidə yaşayan əhalinin vəziyyəti, maddi durumu, onların çətinlikləri öyrənilmiş, qarabağ iştirakçıları və əlillərin, çernobil qəzasından zərər çəkənlərin, qaçqın və köçkünlərin, tənha qocaların, qrup əlillərin siyahısı bir daha dəqiqləşdirilmiş, onların müdafiəsi və köməyinə yönəlmiş tədbirlər nəzərdə tutulmuşdur.

Bələdiyyə ona verilən səlahiyyətlər və mümkün olan imkanlar əsasında əhali arasında olmuş onların çətinlikləri ilə maraqlanmış və imkan daxilində köməklik göstərmişdir.

Belə ki, Bələdiyyə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bələdiyyənin qadın üzvlərinə,bələdiyyə qadın qulluqcularına və ərazidə yaşayan 15 tənha, yaşlı, aztəminatlı və şəhid xanımlarına bayram sovqatı vermişdir.

21 Mart Novruz bayramı münasibətilə, Çernobıl hadisəsinin 35-ci ildönümü ilə bağlı, Müqəddəs Ramazan bayramı münasibətilə yardım edilmişdir.

Binəqədi rayon bələdiyyəsi mütəmadi olaraq, rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edir və ziyarət zamanı şəhid ailələrinin problemləri ilə maraqlanırlar.Eyni zamanda iyun ayı ərzində Binəqədi rayon Binəqədi Bələdiyyəsi olaraq ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu, Bağırov Elçin Yunis oğlu, Sadıqlı ibrahim şahin oğlu, Bayramov Cavid Azər oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmişdir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərə ünsiyyəti daha da genişləndirsin.

Bələdiyyə tərəfindən Binəqədi rayon orta ümumtəhsil məktəblərinin 1-6-cı sinif şagirdləri arasında, 20 Yanvar faciəsinin 31-ci il dönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda rəsm müsabiqəsi, 2 Fevral Gənclər günü münasibəti ilə “Qalib Ölkənin Qalib Gəncləri” adlı tədbirləri həyata keçirmişdir.

COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya prosesi davam etdirilmiş, bələdiyyə işçiləri tərəfindən rayon ərazisində yaşayan, yaşı 65-dən yuxarı olan vətəndaşlar arasında peyvəndlənmənin vacibliyi barədə maarifləndirmə işləri aparılmışdır.

26 Fevral Xocalı faciəsinin 29-cu il dönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı Binəqədi rayon orta ümumtəhsil məktəb şagirdləri ilə online tədbir həyata keçirilmişdir.

Binəqədi rayonunda şəhidlərin xatirəsinə “Memorial Abidə Kompleksi” ucaldılmışdır. 31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları Böyük vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi parkı ziyarət etmişdir.

9 May Qələbə Günü,10 May Ulu Öndər Heydər əliyevin anadan olmasının 98-ci il dönümü münasibəti ilə, 15 May Ailə Günü , 28 May Respublika Günü, 15 iyun Qurtuluş günü münasibət ilə Bələdiyyə tərəfindən tədbirlər keçirilmişdir.   Binəqədi rayon Bələdiyyəsi ilə Türkiyə Bələdiyyələr Birliyi və qardaşlaşmış bələdiyyə olan Keçiören Bələdiyyəsi arasında ikitərəfli görüş olmuşdur. Binəqədi rayon Binəqədi Bələdiyyəsi ezam olunaraq 7-11 iyun 2021-ci il tarixlərində ikitərəfli görüşlər çərçivəsində keçirilmiş konfransda iştirak etmişdir. Keçirilmiş görüşdən fotolar Türkiyədə və rayonumuzda sosial şəbəkələrdə geniş məlumat verilərək işıqlandırılmışdır.       

Binəqədi rayonu Binəqədi Bələdiyyəsi seçicilərinin qarşısında öz fəaliyyətini ciddi diqqət nəzərində saxlayır.

Binəqədi Bələdiyyəsi

 

 

 

ŞƏRHLƏR