"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 2022-ci ilin 6 ayı ərzində görülmüş işləri barədə HESABATI

--2022-07-29 / 13:29

Binəqədi rayonu Binəqədi bələdiyyəsi “Bələdiyyələrin statusu haqqında” Qanunun 15-ci maddəsinin 4-cü bəndinin tələblərinə əsasən seçicilərin qarşısında öz fəaliyyəti barədə hesabat verir.

Bu hesabat bələdiyyənin 2022-ci ilin 6 ay ərzində görülən işləri əks etdirir.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Ümumi iclaslarda 52 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Bələdiyyə nəzərdə tutulan tədbirləri həyata keçirərkən qəbul edilmiş büdcənin icrasına ciddi diqqət yetirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən demək olar ki, əksər sahələrdə fəaliyyət göstərən sahibkarların obyektlərin fəaliyyəti dayandırılmışdır. Belə bir şəraitdə vergilərin ödənilməsi ilə bağlı təşkilati və marifləndirmə işlərinin aparılması çətinləşmişdir. Lakin, buna baxmayaraq Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin rəhbərliyinin səyi nəticəsində ötən ilə nisbətən vergi daxilolmasında artım müşahidə olunmuşdur.

6 ay ərzində bələdiyyə büdcəsinə­ 362367,00 manat gəlir daxil olmuş, xərclər 368762,00 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan - torpaq vergisindən 56541,22 manat, bələdiyyə əmlak vergisindən 253229,82 manat, icarə haqqından 43422,08 manat, avtodayanacaqlardan rüsum 5832,61 manat, digər gəlirlər 3341,09 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir və əlavə olaraq fiziki şəxslərə məlumat üçün yaddaş bukletləri təqdim olunmuşdur. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Tədbir görmək üçün Binəqədi Rayon icra və Probasiya şöbəsinə 285-dən artıq şəxs barəsində müraciət olunmuşdur. Müraciət nəticəsində icra şöbəsi tərəfindən icra olunmuş aktlar üzrə yerli büdcəyə 12444,87 manat daxil olmuşdur.

Yığılan rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, maliyyə hesabatlarında öz əksini tapmış və bu barədə aidiyyatı təşkilatlara verilən məlumatlarda qeyd edilmişdir.

Bələdiyyə Gəlirləri və Yerli Vergilər şöbəsinin rəhbərliyi distant formada təşkil olunmuş hüquqi maarifləndirmə kurslarına qoşulmuşdur və 6 ay ərzində Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşlarlı ilə yerli vergilərin uçotu, hesablanması, ödənilməsi işində səmərəliliyin artırılması, Bələdiyyə torpaqlarının idarəçiliyi sahəsindəki qanunsuzluqların aradan qaldırılması, yerli özünüidarə orqanlarının normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi barədə mövzularda görüşlər keçirilmişdir.

Hazırda bələdiyyənin inzibati ərazisində 403 binada 34642 ev təsərrüfatı və 1911 təsərrüfat subyektləri mövcudddur. (cəmi 36553 təsərrüfat vardır)

Göstərilən 36553 vergi ödəyiciləridən hesabat dövründə 8082 ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan 6095 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 915 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillərdir.

Bələdiyyənin büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir: daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqçularının əmək haqqına 134747.17 manat, DSMF 39107,78 manat, bələdiyyənin saxlanmasına 23000,03 manat, abadlıq, quruculuq, təmir işləri və təmizlik aksiyalarına 157103,00 manat, sosial yardımlar üzrə ödənişlərə 11956,00 manat, bank xidmətləri üçün 2847,72 manat təşkil edilmişdir.

Ümumiyyətlə ərazidə abadlıq, quruculuq işlərinin aparılması bələdiyyə üçün əsas istiqamət kimi qarşıda qoyulmuşdur.

Hesabat dövründə inzibati ərazimizdə aşağıdakı abadlıq işləri görülmüşdür.

 

-        Ziya Bünyadov 11A, 9A, 7A, 7 ünvanlarında məhəllə yolları asfaltlanmış, Ziya Bünyadov prospekti boyu beton üzlüklər təmir edilmiş və Ziya Bünyadov prospektində piyada keçidinin yanında hasarın üzlükləri təmir edilmişdir.

-        9-cu mikrorayon Adil Məmmədov, H.Seyidzadə ünvanlarında məhəllə yolları asfaltlanmışdır.

-        7-ci mikrorayon A.Kunanbayev 11B ünvanında söhbətgahda tametin döşənilməsi təmin edilmiş, ə.Naxçıvani 24 və A.Kunanbayev 229/239 ünvanlarında söhbətgah quraşdırılmışdır.

-        Azadlıq prospekti boyu yerləşən 9 və 16 mərtəbəli binaların fasadı təmir edilmişdir.

-        8-ci mikrorayon i.Dadaşov 91, ə.Naxşıvani 8, S.S.Axundov küçəsi 2, S.Bəhlulzadə küçəsi 1, Azadlıq prospekti 32, N.Nərimanov 20, ş.Rəhimov 58 ünvanlarında meydançalar və məhəllə yolları asfaltlanmışdır.

-        Cəfər Xəndan küçəsi 11 ünvanında tametin döşənilməsi təmin edilmişdir.

Təhlil göstərir ki, 2022-ci ilin 6 ayı ərzində vətəndaşlardan daxil olmuş 187 müraciətlər aşağıda qeyd edilən məsələlərə aid olub:

Arayış (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                           91                                                                 

Maddi yardım                                                                                                         5                                                                                          

Dəfnlə bağlı arayışlar                                                                                              70                                                                              

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq, sənədlərin

bərpası, vergi məsələlri ilə bağlı məlumat verilməsi,

torpaq sahələrinin dəqiqləşdirilməsi və s.                                                21                                  

Müraciətlərin baxılması nəticəsi: müsbət həll olunub                                                    

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan 271 məktub, müraciət, sərəncam və digər sənədlər daxil olmuşdur.

Daxil olmuş sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyənin inzibati ərazisində yaşayış məhəllələrində, mikrorayonlarda əhali ilə görüşlərə daim diqqət yetirilir və bu görüşlər davamlı xarakter almışdır.

Bələdiyyədə “qaynar xətt” (telefon 562-85-16) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyədə hesabat dövründə 183 nəfər  vətəndaş, o cümlədən şəxsən sədr tərəfindən 104 nəfər vətəndaş qəbul edilmişdir.

Bələdiyyə ona verilən səlahiyyətlər və mümkün olan imkanlar əsasında əhali arasında olmuş onların çətinlikləri ilə maraqlanmış və imkan daxilində köməklik göstərmişdir.

Binəqədi rayon bələdiyyəsi mütəmadi olaraq, rayon ərazisində yaşayan şəhid ailələrini ziyarət edir və ziyarət zamanı şəhid ailələrinin problemləri ilə maraqlanırlar. Binəqədi rayon Binəqədi Bələdiyyəsi olaraq ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid polkovnik-leytenant Tağıyev Ruslan Fuad oğlu, Bağırov Elçin Yunis oğlu, Sadıqlı ibrahim şahin oğlu, Bayramov Cavid Azər oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmişdir.

ərazidə yaşayan əhalinin vəziyyəti, maddi durumu, onların çətinlikləri öyrənilmiş, qarabağ iştirakçıları və əlillərin, çernobil qəzasından zərər çəkənlərin, qaçqın və köçkünlərin, tənha qocaların, qrup əlillərin siyahısı bir daha dəqiqləşdirilmiş, onların müdafiəsi və köməyinə yönəlmiş tədbirlər nəzərdə tutulmuşdur.

26 Fevral “Xocalı Soyqırımı Anım Günü” münasibəti ilə tədbir keçirilmişdir. Xocalı faciəsində şəhid olanların ailələri ilə görüş keçirilmiş, bələdiyyə tərəfindən müəyyən yardımlar edilmişdir.

Bələdiyyə tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Bələdiyyənin qadın üzvlərinə,bələdiyyə qadın qulluqcularına və ərazidə yaşayan tənha, yaşlı, aztəminatlı və şəhid xanımlarına bayram sovqatı vermişdir.

21 Mart Novruz bayramı münasibətilə yardım edilmişdir. Aprel ayında Müqəddəs Ramazan bayramı münasibəti ilə bələdiyyə tərəfindən tədbir keçirilmiş və rayon ərazisində yaşayan aztəminatlı ailələrə bayram sovqatları verilmişdir.

2022-ci il Azərbaycanda “şuşa ili”elan edilməsi ilə bağlı, 9 May Böyük Vətən Müharibəsi ildönümü ilə əlaqədar və 10 May Ulu Öndər Heydər əliyevin doğum günü münasibəti ilə tədbirlər keçirilmişdir.

28 May Respublika Günü münasibəti ilə Bələdiyyənin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən məktəb şagirdləri arasında “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı rəsm yarışması, 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə məktəblilər arasında “Müzəffər Ordumuz” adlı inşa müsabiqəsi keçirilmişdir.

1 iyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə rayon ərazisində yaşayan ikinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına, aztəminatlı uşaqlarla birlikdə bayram tədbiri keçirilərək tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim olunmuşdur.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyəti daha da genişləndirsin.

Binəqədi rayon bələdiyyəsi

ŞƏRHLƏR