"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT

--2022-02-11 / 11:56

Binəqədi qəsəbə Bələdiyyəsi öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Milli Məclisin yerli özünüidarəetmə ilə əlaqədar qəbul etdiyi qərar və qanunları, Bələdiyyələrlə iş Mərkəzinin təklifləri və tövsiyələri çərçivəsində qurmuşdur.

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. kimi xidmətlər göstərmişdir. Xalqla təmasda bəzi hallarda formalaşmış mənfi steriotipi aradan qaldırmağa çalışan Binəqədi qəsəbə Bələdiyyəsi ümumi işi sakin rifahı, onlara xidmət, vətəndaş-məmur münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində aparılmışdır.

Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Bu məğlubiyyət nəticəsində Ermənistan məcbur olub kapitulasiya aktına imza atıb, təslim oldu. Və biz 3 rayonumuzu bir güllə belə atmadan, bir şəhid vermədən siyasi yollarla geri qaytardıq. Bu qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Bu tarixi qələbədir. Biz tarixi ədaləti bərpa etdik. Bu gün hər bir azərbaycanlı, hər bir azərbaycan vətəndaşı və xaricdə yaşayan soydaşlarımız haqlı olaraq fəxr edə bilərik ki, biz müzəffər xalqın övladlarıyıq, nümayəndələriyik.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələr çox olmuşdur. Elə bu səbəbdən 2022-ci il ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən “şuşa ili” elan edilmişdir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Binəqədi qəsəbə bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021—ci ilin 12 ayı ərzində sakinlərin çoxsaylı müraciətləri əsasında bir sıra kommunal problemlər aradan qaldırılmış, həlli mümkün məsələlər yerində həll edilmiş, mümkün olmayanlar isə baxılması üçün aidiyyatı qurumlara göndərilmişdir.

Cari ilin 12 ayı ərzində Binəqədi qəsəbə Bələdiyyəsinə 1098 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 958 ərizə, 140 şikayət, 71 müraciət isə Binəqədi Rayon icra Hakimiyyətindən daxil olmuşdur.

Vətəndaşların müraciətlərinin 660-ı kommunal xidmət sahələri, 247 vətəndaşlara torpaq sahələrinin ayrılmasına dair arayışların verilməsi, 185 isə digər mövzularla əlaqədar olmuşdur.

Binəqədi qəsəbə Bələdiyyəsində hər bir ərizəyə diqqətlə yanaşılmış və vətəndaşların tələbləri qanun çərçivəsində öz həllini tapmışdır.

Daxil olmuş 1098 müraciətin 891 müsbət, 201 qismən cavab verilmişdir.

Binəqədi qəsəbə Bələdiyyəsinə cari il ərzində qəbul edilmiş vətəndaşlar 724 nəfər olmuş, o cümlədən idarə rəhbərliyi tərəfindən 282 vətəndaş qəbul edilmişdir.

Bundan əlavə cari il ərzində Məhkəmə Orqanlarında Hüquqi və Fiziki şəxslərin ərizələrinin baxılması sayəsində 296 mülki və 72 inzibatı iş üzrə məhkəmə iclasında eşidilmiş və sakinlərin hüquqları müdafiə edilmişdir.

Respublikamızda həyata keçirilən bütün inkişaf mərhələləri bələdiyyəmizin maliyyə imkanlarına da müsbət təsir göstərmişdir. Belə ki, bələdiyyəmiz 2021-ci ilin 12 ayı üzrə bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır. əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə  
149 dan artıq şəxsə görə sanksiya tətbiq olunmuşdur. Bunlardan 62-si ödəniş həyata keçirmişdir. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir. Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 906 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən 12925 vergi ödəyiciləridən hesabat dövründə 7000 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan 200 nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 278 ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər və 1240 ədəd obyekt kimi)

2021-ci il ərzində bələdiyyə büdcəsinə 253485 manat gəlir daxil olmuş, xərclər 251641.00 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq vergisindən 128901 manat əmlak vergisi- 114307 manat, qəbirstanlıqdan rüsum- 277 manat, dotasiyadan- 10.000 manat daxil olmuşdur.

Bələdiyyənin büdcəsinə daxil olmalar AR Nazirlər Kabinentinin. Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına- 157501 manat, DSMF-56049 manat, bələdiyyənin saxlanmasına- 28599 manat, sosial yardımlar üzrə ödənişlər- 630 manat, abadlıq, quruculuq təmir işlərinə 8862 manat xərclənmişdir.

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Humanitar və sosial sahədə: Binəqədi qəsəbə Bələdiyyəsi ötən il müxtəlif bayramlarda sosial aksiyalar keçirmiş, ərzaq bağlamaları hədiyyə edilmiş, bələdiyə tərəfindən qeydiyyata alınan bir çox ailələrə bələdiyyə müavinəti verilmişdir. Bundan əlavə, 2 fevral gənclər günü, 5 mart bədən tərbiyəsi və idman günü, 8 mart beynəlxalq qadınlar günü, 10 noyabr II Qarabağ müharibəsinin qələbə günü kimi əlamətdar tarixlərdə müxtəlif maraqlı layihələr keçirilmişdir.

Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Binəqədi qəsəbə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə, qəsəbə ərazisində yaşayan 18 şəhid ailələri ziyarət edilmiş, bayram sovqatları verilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Ramazan ayında bələdiyyə tərəfindən ərazidə yaşayan aztəminatlı ailələrə bayram iftar süfrələri açılmış, ərzaq və maddi yardım göstərilmişdir.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində zirvəsinə ucalmış 18 şəhidimizin ailə üzvləri ilə görüşlər keçirilmiş və maddi yardımlar verilmişdir.

Hər il olduğu kimi bu ildə sentyabr ayında inzibati ərazimizdə yaşayan aztəminatlı ailələrin övladlarına məktəbli forması, və ikinci Qarabağ müharibəsində şəhid olmuş şəhidlərin övladlarına məktəbli forması bələdiyyə tərəfindən təqdim olunmuşdur.

“Beynəlxalq əlillər Günü” bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Hər il olduğu kimi bu ildə Binəqədi bələdiyyəsində 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq ərazidəki şəhid ailələrinin övladlarına bayram hədiyyələri verilmişdir.

31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmişdir.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə qəsəbə ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmişdir.

8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları birlikdə “Qənimətlər Parkı” ziyarət edilmişdir.

Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vaistələrlə çatdırır.

Binəqədi qəsəbə bələdiyyəsi 

ŞƏRHLƏR