"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd edildi

--2016-10-03 / 20:59

BMT Baş Məclisinin 1992-ci ildə qəbul etdiyi “Ahılların müdafiəsi ilə bağlı Qətnamə”yə əsasən, 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü kimi təsis edilmişdir. Beynəlxalq Ahıllar Günü 1993-cü ildən başlayaraq Azərbaycanda da hər il yüksək səviyyədə qeyd edilir. Binəqədi rayonunda 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Binəqədi rayon icra Hakimiyyətinin dəstəyi və rayon bələdiyyələrinin təşkilatçılığı ilə ərazilərdə yaşayan ahıl sakinlər ziyarət edilmişdir.

Təşkil edilən ziyarətdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları, rayon bələdiyyə sədrləri, bələdiyyələrin “ictimai-humanitar” sektorunun rəhbərləri  və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak etmişlər. Ziyarət olunan ahılların evlərində  ilk öncə səhər saatlarında bələdiyyələr tərəfindən təmizlik işləri görülmüşdür.Daha sonra evləri ziyarət edilən ahıllarla birgə çay süfrəsi təşkil edilmiş, onlara bayram münasibətilə sovqat təqdim edilmiş və ixtisaslı həkim personalı tərəfindən tibbi müayinə olunmuşlar.

Səmimi keçən görüşdə evləri ziyarət olunan Binəqədi Rayon Bələdiyyəsi ərazisində yaşayan ahıl, professor-müəllim, milyonçu  Hacınski nəslinin nümayəndəsi Məmmədov əziz Bəşir oğlu, Xocəsən Bələdiyyəsi ərazisində yaşayan ahıl isgəndərova Xədicə Ağalar qızı, Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yaşayan ahıl, Böyük Vətən Müharibəsi veteranının həyat yoldaşı, azsaylı xalqların nümayəndəsi  Çiçikova Zeytunya, M.ə.Rəsulzadə Bələdiyyəsi ərazisində yaşayan ahıl Məmmədov Müti ibrahimxəlil oğlu, Biləcəri Bələdiyyəsi ərazisində yaşayan ahıl, uzun müddət dövlət qulluqçusu olmuş, Rayon Ağsaqqallar şurasının sədr müavini ələkbərova əminəxanım onlarla təşkil edilən bu görüşün əhəmiyyətindən danışmış və belə bir gündə ziyarət edildikləri üçün sevincli olduqlarını diqqətə çatdırmışlar. Ahıl şəxslər işlədikləri illərlə bağlı öz xatirələrini bölüşmüş, vətənə, xalqa xidmət etməyin ən şərəfli peşə olduğunu bildirmişlər.

Çıxış  edən  ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab ilham əliyevə öz minnətdarlıqlarını ifadə etmişlər. Hər bir görüşün sonunda ahıllarla birgə xatirə fotosu  çəkdirilmişdir.

Beeldiyye.info

ŞƏRHLƏR