Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqının Binəqədi Rayon Komitəsinin və Xəzər Universitetinin “Dünya” məktəbinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Aygün əliyeva, Xəzər Universitetinin “Dünya” məktəbinin təsisçisi, professor Hamlet isaxanlı, Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov, Bakı Pedaqoji Kadrların ixtisasartırma və Yenidənhazırlanma institutunun rektoru, Binəqədi Rayon “Ziyalılar” Cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycanın xalq artisti, Azərbaycan Teatr Xadimləri ittifaqının yaradıcılıq üzrə sədr müavini Hacı ismayılov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Binəqədi rayon komitəsinin sədri Almaz Hacıyeva və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk olaraq çıxış edən professor Hamlet isaxanlı müəllim lik peşəsinin məsuliyyətli və şərəfli iş olduğunu qeyd edərək müəllimin yüksək əqidəyə mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməli olduğunu bildirdi.
Bakı şəhəri üzrə Təhsil idarəsinin müdir müavini Hüseyn əsgərov məhz müəllimlərin uşaq və gəncləri vətənə məhəbbət ruhunda tərbiyə etdiyini, onları vətənin müdafiəsinə hazırladığını vurğulayaraq xalqın gələcəyinin müəllimlərin əsas silahı olan bilikdən asılı olduğunu qeyd edib.
Binəqədi Rayon “Ziyalılar” Cəmiyyətinin sədri Asəf Zamanov, Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar ittifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə, Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın xalq artisti Hacı ismayılov çıxış edərək ölkə prezidenti tərəfindən təhsilin inkişafına diqqətlə yanaşıldığını qeyd ediblər.
Binəqədi Rayon icra Hakimiyyətinin başçısı adından müəllimləri təbrik edən Rayon icra Hakimiyyəti başçısının müavini Aygünəliyeva son illər bir sıra sahələrdə olduğu kimi, ölkədə təhsil sahəsində yaddaqalan uğurlar əldə edildiyini bildirib.
Aygün əliyeva vurğulayıb ki, Azərbaycanda yeni gənc nəslin yetişməsi və tərbiyə olunmasında təhsilin, məktəbin əhəmiyyəti, rolu çox böyükdür. Vəbütün bu uğurlar Prezident ilham əliyevin təhsil sahəsində apardığı siyasətin məqsədyönlülüyünün bariz sübutudur.
Daha sonra Beynəlxalq Müəllim Günü münasibətilə təhsil sahəsində qazandığı uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi Fəxri Fərman və hədiyyələrlə təltif olunublar.
Tədbir Xəzər Universitetinin kamera orkestrinin ifasında klassik musiqisədaları ilə davam etdirildi.
Belediyye.info
|
|