"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunda gənclərlə görüş keçirilib

--2019-02-01 / 14:08

Yanvar ayının 31-də Binəqədi rayonunda 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Bayram tədbirində Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Bakı şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli, Gənclər Fondunun icraçı direktoru  Fərid Cəfərov, Rayon icra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, məsul işçiləri,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin və rayonun ictimai-siyasi , mədəni həyatında fəallığı ilə seçilən gənclər iştirak edirdi.

Çıxış edən Binəqədi rayon icra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev öz potensialını, istedad və bacarığını nümayiş etdirmək istəyən hər bir gənc üçün dövlət tərəfindən hərtərəfli şərait yaradıldığını bildirdi. RiH başçısı bu mənada Heydər əliyev Fondunun vitse-prezidenti Leyla əliyevanın öz fəaliyyəti ilə müasir Azərbaycan gəncliyi üçün örnək olduğunu xüsusi vurğuladı. E.Allahverdiyev gənclərə, Prezident ilham əliyevin rəhbərliyi ilə vətənimizə, dövlətimizə və cəmiyyətimizə xidmətdə uğurlar arzuladı.

Daha sonra çıxış edən Bakı şəhər Gənclər və idman Baş idarəsinin rəisi Raqif Abbasov, Gənclər Fondunun icraçı direktoru  Fərid Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun müdiri Sahil Məmmədli ölkədə aparılan uğurlu gənclər siyasətindən danışaraq, gənclərə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident ilham əliyevə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fəallıq göstərən, müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup gənc Rayon icra Hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edildilər. Binəqədi rayonunda “Master-2 layihəsi çərçivəsində təcrübə müddətini uğurla bitirən ASAN könüllülərinə sertifikatlar təqdim edildi. Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ulduzlarının iştirak etdiyi bədii hissə ilə davam etdi.

Belediyye.info

 

ŞƏRHLƏR