Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda qeyd edilir.
1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə, Binəqədi rayon bələdiyyəsinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan, xüsusi qayğıya ehtiyyacı olan uşaqlar və şəhid övladları üçün tədbir keçirilib.
Tədbirdə bildirilib ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb.Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun (1998-ci il 19 may) və bəzi digər normativ-hüquqi aktlar qəbul edilib. Prezident ilham əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il “Uşaq ili” elan olunub.Bu gün Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir.
Tədbirdə çıxış edənlər gözəl günün təşkilatçılığı üçün Binəqədi rayon bələdiyyəsinə öz təşəkkürlərini bildiriblər.
Uşaqları qoruyaq, onları sevək. Bütün uşaqları təbrik edir, onlara xoşbəxt və sağlam gələcək arzu edirik.
Binəqədi bələdiyyəsi
|
|
|
|
|
|
|