Azərbaycan son illər ərzində nümayiş etdirdiyi inkişaf tempi ilə həm yerləşdiyi regionda lider dövlətə çevrilib, həm də beynəlxalq qurumların və dövlətlərin diqqətini özündə cəlb edə bilib. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Bütün bunlar isə ölkə Prezidenti cənab ilham əliyevin bir zamanlar səsləndirdiyi fikrin məntiqi nəticəsidir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir.”
Məhz ölkə başçısı cənab ilham əliyevin həyata keçirdiyi fəaliyyəti özünə nümunə seçən bizlər hesabat dövründə xarici ölkələrdəki həmkarlarımızla, eləcə də, beynəlxalq təşkilatlarla əlaqələrimizi genişləndirmiş, bu çərçivədə müxtəlif beynəlxalq konfrans və forumlarda iştirak etmiş, qarşılıqlı səfərlər və görüşlər keçirmiş, əməkdaşlığın inkişaf etdirilməsinə dair qərarlar qəbul etmişik. Qeyd edim ki, bələdiyyələrimiz yerli əhəmiyyətli tədbirlərin, həyata keçirdikləri fəaliyyətin icrasında qazandıqları uğuru sözügedən istiqamətdə də təkrarlamışdır. Bu gün fəxrlə deyə bilərik ki, bələdiyyələrimiz qardaş Türkiyə Respublikası, Baltikyanı dövlətlərdən əsasən Latviya və Litva Respublikaları, Ukrayna, Moldova, italiya, Fransa, Finlandiya, Belçika kimi Avropa ölkələrinin yerli hakimiyyət orqanları ilə əməkdaşlıq münasibətləri qurmuş, həmçinin, hazırda Avropa Birliyi, Avropa şurası, Avropa Parlamentində, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində təmsil olunmaqdadır.
Belə ki, ötən dövr ərzində rayonumuzun Rəsulzadə bələdiyyəsinin sədri, vurğulayım ki, həm də Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Asossiyasiyasının sədri olan Hümbət Hüseynov Türkiyə Respublikasında keçirilən Bem-Bir-Sen Konfederasiyasının Ümumi 5-ci Assambleyasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyası və Türkiyə və Orta Doğu Amme idarəsi Enstitüsü arasında bağlanan qarşılıqlı əməkdaşlığa dair müqaviləyə əsasən, onların təşkilatçılığı, Türk işbirliğı və Koordinasiyon Ajanası Başkanlığının dəstəyi ilə Ankarada təcrübə mübadiləsi proqramında, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin Fransa Respublikalası və Belçikada baş tutan Komitə və Plenar iclaslarında, sözügedən qurumun idarəetmə Komitəsinin “Uğurlu ərazi islahatları” mövzusundakı iclasında, Milli Məclisin Regional məsələlər Komitəsinin nümayəndə heyətinin tərkibində Latviya Özünüidarəetmə Assosiasiyasının təşkilatçılığı ilə tanışlıq proqramı çərçivəsində Riqa şəhərində keçirilən tədbirdə, Finlandiyanın Helsinki şəhərində Bələdiyyələrdə multikultural dəyərlərin öyrənilməsi və təcrübə mübadiləsi proqramında və s kimi beynəlxalq tədbirlərdə iştirakı ilə rayonumuzu yüksək səviyyədə təmsil etmişdir.
Hesabat dövründə Avropa ittifaqının şərq Tərəfdaşlığı Proqramı çərçivəsində də bir sıra uğurlar əldə edilmişdir. Belə ki, sözügedən proqramın Ukraynanın paytaxtı Kiyev şəhərində, Moldovanın paytaxtı Kişinyov şəhərində və italiyanın Venesiya şəhərində keçirilən təcrübə mübadiləsi və layihə təqdimatı beybəlxalq tədbirlərində Binəqədi qəsəbə Bələdiyyəsinin sədri olaraq ölkəmizi təmsil etmiş, Binəqədi rayonunda bələdiyyələrin fəaliyyəti, həmçinin həyata keçirdikləri islahatlar, xidmət istiqamətləri, vergi və rüsumların toplanılması haqqında geniş məruzə nitqi ilə çıxış etmişəm. Qürurverici məqam ondan ibarətdir ki, qeyd edilən görüşlərdə digər bələdiyyələri təmsil edən həmkarlarımla birgə hazırlayıb təqdim etdiyimiz layihələr öz dolğunluğu və bütün məqamları əhatələməyi ilə seçilmiş, gələcək birgə əməkdaşlıq üçün münbit zəmin yaratmışdır. Bundan əlavə, Azərbaycan şəhər Bələdiyyələri Milli Asossiyasiyası tərəfindən Litva Respublikasına təşkil edilən təcrübə mübadiləsi proqramında Azərbaycan nümayəndə heyətinin tərkibində sözügedən ölkəyə səfər etmiş, tərəflər arasında aparılan danışıqlarda rayonumuzu təmsil etmişəm.
2016-cı il ölkəmizdə Prezident cənab ilham əliyev tərəfindən "Multikulturalizm ili" elan edilmişdi. Ötən il bir daha sübut edildi ki, Azərbaycan bütün dünya dinlərinin sərbəst şəkildə yaşaya bildiyi bir məkandır. Burada dinlərarası kinayə, ikrah, düşmən münasibəti deyil, qardaşlıq, sülh hökm sürür. Məhz bu səbəbdəndir ki, 2016-cı ilin 30 oktyabr – 6 noyabr tarixlərində keçirilən Yerli Demokratiya Həftəsində Binəqədi qəsəbə Bələdiyyəsi “Multikultural dəyərlərin inkişafında bələdiyyələrin rolu” mövzusunda beynəlxalq tədbirə evsahibliyi etdi. Tədbirdə Millət vəkili Kamran Bayramov, Binəqədi Rayon icra Hakimiyyəti Başçısının müavini Vüsar ismayılov, Binəqədi Rayon icra Hakimiyyəti başçısı aparatının ərazi idarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, Latviya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Yuris Maklakovsk, Litva Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyətli səfiri Valdes Laskauskas, Estoniya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili, indrek Krivek, şəhər Bələdiyyələri Milli Asossiasiyasının Baş katibi Tofiq Həsənov və digərləri iştirak etmişdir. Azərbaycan bələdiyyələrinin qeyd olunan sahədə həyata keçirdikləri fəaliyyət və Baltikyani dövlətlərlə qurulmuş əməkdaşlıq haqqında geniş fikirlərin yer aldığı konfrans qəsəbə sakinləri tərəfindən də müsbət qarşılanmışdır.
Rayonumuzun bələdiyyələrinin beynəlxalq əlaqələri icazə verin təcazökarlıqdan kənar olsa da, qeyd edim ki, öz zəngin təcrübəsi və fəaliyyəti ilə hər zaman ölkə bələdiyyələrinə bir nümunə rolunu oynamışdır. Belə ki, ötən hesabat dövründə Binəqədi rayonu Binəqədi bələdiyyəsinin sədri, Azərbaycan şəhər Bələdiyyələri Milli Asossiyasiyasının sədr müavini Sitarə Cabbarlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət idarəçilik Akademiyasında “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursları çərçivəsində Türkiyə Respublikasında səfərdə olmuş, rayonumuzu və ölkəmizi yüksək təmsilçiliyi sayəsində Türk dünyası Bələdiyyələr birliyinin 4 olağan genel kurulu toplasında geniş məruzə nitqi ilə çıxış etmişdir. Bu mənada, həmkarıma uğurlar diləyir, fəaliyyətinin davamlı olmasının təvəqqi edirəm.
Qeyd olunanlardan əlavə, rayonumuzun Biləcəri və Xocasən bələdiyyələrinin sədrləri Hikmət Quliyev və Anar Abasov ötən dövr ərzində Türkiyə Respublikasının istanbul şəhərində Dünya idarəetmə və demokratiya akademiyasının təşkil etdiyi “Beynəlxalq brend şəhərlər sammiti və avrasiya kənd (şəhər) sərgisi" konfransında iştirak etmiş, sərgiyə çıxarılan avadanlıqlarla yaxından tanış olmuş və müxtəlif şirkətlərin nümayəndələri ilə gələcək əməkdaşlığın perspektivləri haqqında genişfikir mübadiləsi aparmışlar. Bununla yanaşı, Xocasən bələdiyyəsinin sədri Anar Abasov Azərbaycan nümayəndə heyətinin tərkibində Latviya Respublikasında səfərdə olmuş və latviyalı həmkarları ilə müxtəlif sahələrdə təcrübə mübadiləsi həyata keçirmişdir.
Son illər ölkəmizin bir çox beynəlxalq forumlara, konfranslara, sammitlərə evsahibliyi etməsi beynəlxalq partnyorlarımızın bizə olan inam və etimadının məntiqi nəticəsi kimi qiymətləndirilir. Bütün bu layihələr isə heç şübhəsiz, Azərbaycan brendinin, Azərbaycan xidmətinin dünyaya təqdim edilməsi və dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilməsi deməkdir. Bu mənada, rayonumuzun bələdiyyələri də ölkədə reallaşan qlobal siyasətin davamı olaraq, hesabat dövründə doğma Vətəndə də Türkiyədən, Özbəkistandan, Baltikyani ölkələrdən olan həmkarları ilə görüşlər keçirmiş, onları qonaq etmişdir. Belə ki, Latviya və Litvadan olan həmkarlarımızla Biləcəri bələdiyyəsinin mənzil qərargahında baş tutan geniştərkibli görüş, sonradan isə qonaqlara Binəqədi rayonu haqqında ətraflı məlumatın verilməsi, Heydər Məscidi, Heydər əliyev adına istirahət parkı və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının binası ilə tanışlıq – bütün bunlar qonaqlarımızda yüksək əhval-ruhiyyə yaratmış və rayonumuzla təmsil etdikləri ərazilər arasında qardaşlaşma sazişinin imzalanması istəyini yaratmışdır. Yaxın zamanlarda, bu istiqamətdə də ilkin uğurlar əldə ediləcəkdir.
Məqsədimiz Azərbaycan Respublikasının qanunları çərçivəsində sakinlərimiz tərəfindən bizə göstərilən etimadı doğrultmaq, dünyada Azərbaycan nümunəsi olduğu kimi, ölkəmizdə də Binəqədii rayonunun bələdiyyə nümunəsini formalaşdırmaqdır. inanıram ki, məhz seçicilərimizin bbizə olan inamı və dəstəyi ilə bizlər bu vəzifənin də öhdəsindən layiqincə gələcəyik.
Aytac əliyeva
Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyəsinin sədri