"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilib

--2017-04-05 / 07:29

Binəqədi rayonunun şəhidi Emin Bağırovun il mərasimi keçirilmişdir. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Binəqədi rayon icra Hakimiyyəti başçısının birinci müavini ilqar Süleymanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RiH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Binəqədi qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.

Daha sonra tədbir Binəqədi qəsəbəsi, isfahani küçəsi 2 ünvanında quraşdırılmış mərasim çadırında davam etdi.

Mərasimdə Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, Azay Quliyev, Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RiH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak edib.

   ALLAH BÜTÜN şəHIDLəRIMIZə RəHMəT ETSIN. 

Belediyye.info

 

 

ŞƏRHLƏR