"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib

--2017-04-04 / 05:22

Binəqədi rayonunun şəhidi Fəxrəddin Qurbanlının il mərasimi keçirilib. Bu barədə məlumatı Binəqədi RiH yayıb.Binəqədi rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, RiH-nin şöbə müdirləri Ramiz Göyüşov, Elman Dadaşov, rayon fəalları və şəhidin ailə üzvləri ilk öncə Pirşağı qəsəbəsində yerləşən şəhidin məzarını ziyarət etdilər.

Daha sonra tədbir Binəqədi qəsəbəsi, 1-ci mədən 23, ev 7 ünvanında quraşdırılmış mərasim çadırında davam etdi.

Mərasimdə Binəqədi rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov, millət vəkilləri Madər Musayev, Kamaləddin Qafarov, rayonun hüquq- mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, RiH başçısı Aparatının kollektivi, rayon ictimaiyyəti iştirak etmişdir.

Belediyye.info

ŞƏRHLƏR