"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi RiH-ə təklif də verilib- HESABAT

--2017-07-19 / 19:20

2017-ci ilin I yarımili ərzində Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə 1788 müraciət daxil olub. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Məlumatda qeyd edilir  ki, hesabat dövründə Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatına daxil olmuş vətəndaş müraciətlərindən 1431-i ərizə (daxil olan müraciətlərin 80%-i) və 356-sı (daxil olmuş müraciətlərin 19,9%-i) şikayət və 1-i (daxil olan müraciətlərin 0,1%-i) təklif olub.

Müraciətlər daha çox 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 379 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 321 müraciət, Biləcəri qəsəbəsi üzrə 285 müraciət, Binəqədi qəsəbəsi üzrə 252 müraciət, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 159 müraciət, Xocasən qəsəbəsi üzrə 139 müraciət, 28 May qəsəbəsi üzrə 33 müraciət və digər ərazilər üzrə 220 müraciət daxil olub.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 638  Milli Məclisdən 30-i , Nazirlər Kabinetindən 38  və digər qurumlardan 195  müraciət daxil olub.

Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatında 1895 vətəndaş qəbul edilib. O cümlədən, RiH başçısı tərəfindən 140 vətəndaş qəbul edilib. Bu isə o deməkdir ki, iicra başçısı ayda 25 nəfəri qəbul edib.

Belediyye.info

ŞƏRHLƏR