2017-ci ilin yanvar ayı ərzində Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə 274 müraciət daxil olub. Bu barədə məlumatı Binəqədi RiH yayıb.
Hesabat dövründə Binəqədi rayonundan daxil olmuş vətəndaş müraciətlərindən 198-i ərizə və 76-sı şikayət olub.
Müraciətlər daha çox Binəqədi qəsəbəsi üzrə 57 müraciət, 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 53 müraciət, Biləcəri qəsəbəsi üzrə 49 müraciət, Rəsulzadə qəsəbəsi üzrə 31 müraciət, Xocəsən qəsəbəsi üzrə 30 müraciət, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə 23 müraciət, 28 May qəsəbəsi üzrə 3 müraciət daxil olub.
Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatında 2017-i ilin yanvar ayı ərzində 417 vətəndaş, o cümlədən, Rayon icra Hakimiyyətinin başçısı tərəfindən 20 vətəndaş qəbul edilib.
Belediyye.info