"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi sakinləri daha çox hansı xidmətdən narazıdır? – SAKiNLəRiN MüRACiəT XiDMəTi HESABAT VERiR

--2017-07-05 / 20:30

2017-ci ilin yanvar-iyun aylarında Binəqədi rayon icra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində (1646) cavablandırılan zənglərin sayı 18330 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 26 vahid çox), birbaşa cavablandırılan zənglərin sayı 14744 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 618 vahid çox),  tərtib edilmiş şikayət vərəqələrinin sayı 3.586 (2016-cı ilin analoji dövrü ilə müqayisədə 592 vahid az) olub. Bu barədə məlumatı Binəqədi RiH yayıb.

Məlumatda bildirilir ki,  şikayət xarakterli müraciətlərin 3.586-nın icrası təmin edilib, o cümlədən 2.798-i və ya 78 %-i tam,  432-i və ya 12 %-i qismən,  356 -sı və ya 10 %-i müvafiq izahat verilərək həll edilib.

Yanvar-iyun ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 1.669-u və ya 46,5-i %-i qaz təchizatı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 19 vahid çox), 1216-sı və ya 33,9 %-i su-kanalizasiya (2016-cı ilin analoji dövrü ilə müqayisədə 360 vahid az), 242-si və ya 6,7 %-i lift problemləri (2016-cı ilin analoji dövrü ilə müqayisədə 106 vahid az), 153-ü və ya 4,3 %-i sakinləri narahat edən digər məsələlər (2016-cı ilin analoji dövrü ilə müqayisədə 12 vahid az),112-si və ya 3,1 %-i istilik təchizatı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 115 vahid az), 84-ü və ya 2,3 %-i elektrik təchizatı ilə bağlı (2016-cı ilin analoji dövrü ilə müqayisədə 21 vahid az), 59-u və ya 1,6 %-i zibil və tullantılar ilə əlaqədar (2016-cı ilin analoji dövrü ilə müqayisədə 10 vahid çox), 30-u və ya 0,8 %-i küçələrin işıqlandırılması idarəsi (2016-cı ilin analoji dövrü ilə müqayisədə 1 vahid az), 21-i və ya 0,6 %-i yaşıllaşdırma idarəsi (2016-cı ilin analoji dövri ilə müqayisədə 6 vahid az) ilə əlaqədar olub.

Qeyd edək ki, Binəqədi rayon icra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidməti vətəndaşlarla operativ ünsiyyətin yaradılması, icra Hakimiyyətinə gəlmədən və yazılı müraciət etmədən onları narahat edən problemlərin icra hakimiyyətinə çatdırılması baxımından çox faydalı və mütərəqqi xidmət növüdür.

Xidmət bütün müasir avadanlıqlarla və  sürətli komunikasiya sistemi ilə təchiz edilərək, 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon icra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.

 Belediyye.info

ŞƏRHLƏR